Milli Məclis sabahdan fəaliyyətə başlayır
Sentyabrın 1-dən isə parlamentdə KİV-in akkreditasiyası başlayacaq.
Azərbaycan Milli Məclisi tətili başa vurub, avqustun 30-dan fəaliyyətə başlayır.
Bu barədə məlumat Oxu.Az-a parlamentin mətbuat xidmətindən verilib.
Verilən məlumata əsasən, Milli Məclisin payız sessiyasında komitə iclaslarının sentyabrın 12-dən keçirilməsinə başlanacaq.
Parlamentin payız sessiyasında ilk plenar iclas sentyabrın 30-da keçiriləcək.
Sentyabrın 1-dən isə parlamentdə KİV-in akkreditasiyası başlayacaq.
Mənbə:> Oxu.az