Məktəblərdə payız tətili başladı
Bu gündən Azərbaycanda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərində payız tətili başlayıb.
Oxu.Az xəbər verir ki, 2015-2016-cı tədris ilində nəzərdə tutulan 5 günlük tətil noyabrın 20-də bitəcək.
Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib: 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar). İbtidai siniflər üçün isə 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilir.
Azərbaycanda rəsmi olaraq Novruz bayramının 5 gün qeyd edildiyi nəzərə alınaraq, ibtidai siniflər istisna olmaqla, digər siniflər üçün əlavə yaz tətili müəyyən edilməyib.
Dərs ili iki yarımilə bölünür: birinci yarımil - 15 sentyabr - 26 yanvar.
İkinci yarımil - 1 fevral - 14 iyun.
Mənbə:> Oxu.Az