Obamanın tətili haram oldu
28 yaşlı İsmayıl Brinsli ABŞ prezidenti Barak Obamanın qış tətilini haram etdi. ANS PRESS-in məlumatına görə, Obama dünən ailəsi ilə Havay adalarına yollanar-yollanmaz afvoamerikalı gənc Nyu-Yorkda polisləri öldürüb.
Hadisədən xəbər tutan Amerika prezidenti polislərin qətlə yetirilməsinə münasibət bildirib. Ağ Evin Mətbuat xidmətinin yaydığı açıqlamada Obama qatilin hərəkətinə heç bir haqq qazandırmadığını deyib: "İki cəsur kişi öz doğmalarının yanına, evə geri dönməyəcək və buna heç cürə haqq qazandırmaq olmaz! Polis əməkdaşları ictimai əsayişi qoruyurlar, bizim təhlükəsizliyimiz naminə hər gün öz həyatlarını riskə atırlar. Onlar bizim hörmətimizə layiqdirlər".
ABŞ prezidenti yekun olaraq belə bildirib: "Bu gün mən insanlardan xahiş edirəm ki, zorakılıqdan və zərər gətirən sözlərdən imtina etsinlər. Şəfa verici sözlərə - dualara,, səbrli dialoqa keçək. Vəfat edənlərin ailələrinə və dostlarına baş sağlı verirəm".
20 dekabrda - şənbə günü 28 yaşlı afroamerikalı İsmayıl Abdullah Brinsli Nyu-Yorkun Brukli rayonunda iki polisi güllələyib və sonra özünü öldürüb. Tapança ilə silahlanmış cinayətkar polis avtomobilinə yaxınlaşaraq heç bir söz demədən atəş açıb. Digər polis maşınının yaxınlaşdığını görə Brinsli metroya qaçıb və özünü güllələyib. Yaralı polislər xəstəxanaya yerləşdirilsələr də, onları xilas etmək mümkün olmayıb. İsmayıl Brinsli polislərə hücum etməzdən təxminən 3 saat əvvəl Instagram sosial şəbəkəsindəki səhifəsində polislərin ünvanına bir neçə hədələyici müsaj göndərib.
ABŞ prezidenti ailəsi ilə bərabər qış tətilinə çıxaraq doğulduğu Havay adalarına səfər edib. Prezident istirahətini qolf oynamaq, dostları ilə vaxt keçirməklə davam etdirəcək. Barak və Mişel Obamalar adəti üzrə Honolulu restoranlarında görünəcək. Prezident ailəsi Kailua sahilindəki evlərində qalacaq.
Yanvarın 4-də Vaşinqtona qayıdanadək prezident ictimai tədbirlərə qatılmayacaq.
Mənbə:> ANSPRESS