Azərbaycanın Olimpiya ikincisindən möhtəşəm əl işi – FOTO
Qadınlardan ibarət sərbəst güləş üzrə yığma komandamızın ən məşhur siması Mariya Stadnik bu dəfə öz hünərini “döşəkdə” yox, parça üzərində göstərib.
Aznews.info Milli.Az-a istinadla xəbər verir ki, ikiqat Olimpiya ikincimiz Mariya Stadnik “Rio-2016”-ya gedərkən təyyarədə boş dayanmayıb. Güləşçi xanım “döşək” üzərində nə qədər sərt olursa-olsun, normal həyatda tam başqa bir insan olduğunu bir daha sübut edib.
Belə ki, Mariyanın ağ kətan üzərinə rəngli saplarla vurduğu bəzək görənləri heyran edib.
Fotojurnalist Dilavər Nəcəfovun çəkdiyi həmin görüntüləri təqdim edirik:
Mənbə:> Milli.az