Liviya qoşunları Sirtdə İŞİD-ə qarşı son döyüşə başlayıb
Liviyada İŞİD terrorçularının Sirt şəhərindəki son mövqeyinə hücum başlanıb.
Oxu.Az Frans-Press agentliyinə istinadən xəbər verir ki, Sirt şəhəri uğrunda döyüşlərə iyunda başlanıb.
Sirtdə İŞİD-ə qarşı hücumda əsasən Liviya Milli Barışıq Hökumətinə qarşı loyal Misrata şəhərinin hərbi dəstələri iştirak edir. Avqustun əvvəlində şəhərin 70 faizi İŞİD-dən azad edilib.
Qeyd edək ki, İŞİD terrorçuları Sirt şəhərini və Liviyanın Aralıq dənizi sahillərinin bir qismini 2015-ci ildə zəbt edib.
Mənbə:> Oxu.az