İŞİD liderləri gizli snayperin hədəfində
Liviyanın Sirt şəhərində naməlum snayper 10 gün ərzində “İslam dövləti”nin üç nüfuzlu səhra komandirini məhv edib, “De Morgen” məlumat yayıb.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, yanvar ayının 13-dən 23-nə qədər snayper yerli şəriət məhkəməsinin rəhbəri Hamad Abd əl-Hadini, onun xələfi Abu Muhamməd əd-Darnauini və daha bir kestremist lideri Abdulla bin Hamad əl-Ənsarı öldürüb.
Nəşrin məlumatına görə, İŞİD yaraqlıları şəhərdə axtarış apararaq snayperi tapmağa çalışsalar da, hələlik bu axtarışlar uğurla nəticələnməyib.
newsru.co.il məlumat verib ki, snayper bu ərəfədə Liviyaya gələn xarici hərbçilərdən biri ola bilər.
Mənbə:> Oxu.Az