Güləşçimiz ağladı: "Məndə alınmadı və alınmayacaq" – VİDEO
Rio Olimpiya Oyunlarında bürünc medal uğrunda oyunda da məğlub olan güləşçimiz Yuliya Ratkeviç sevənlərinə gözyaşı içində müraciət edib.
Azxeber.com-un məlumatına görə, idmançı oyundan sonra şəxsi "instagram" səhifəsində dostlarına təşəkkür edib: "Mən ilk növbədə mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Və üzülərək deyə bilərəm ki, məndə medal qazanmaq alınmadı, yəqin ki, bundan sonra da heç vaxt alınmayacaq"
İdmançımızın çətinliklə danışdığı və hislərinə hakim ola bilmədiyi də gözdən qaçmayıb.
Həmin videonu təqdim edirik:
Mənbə:> Azxeber.com