Lənkəranski sui-qəsdini kim təşkil etdirib? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal, Dünya

Lənkəranski sui-qəsdini kim təşkil etdirib? – İDDİA

Lənkəranski sui-qəsdini kim təşkil etdirib?


Rövşən Lənkəranski Rusiya mafiyasının lideri Zaxariya Kalaşovun həbsindən sonra başlayan kriminal müharibənin qurbanı olub.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Rosbalt” agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb. Agentliyin iddiasına görə, 2016-cı ilin iyulunda Kalaşovun həbsindən sonra məhz Lənkəranski və Merab Canqveladzenin aktivliyi artıb. Məhz bu Canıyevə qarşı sui-qəsdin təşkilinə səbəb yaradıb.

Qeyd edək ki, Zaxariya Kalaşov Aslan Usoyanın (Ded Xasan) ölümündən sonra Rus mafiyasının əsas lideri sayılır. O, Lənkəranskinin əsas düşmənlərindən biri hesab edilir. Belə ki, indiyə qədər Ded Xasanın ölümündə məhz Rövşən Lənkəranski təqsirkar bilinir.

Bu gün Rövşən Lənkəranskiyə İstanbulda hücum olub. Hücum nəticəsində onun sürücüsü həlak olub. 5 güllə yarası ilə xəstəxanaya yerləşdirilən Lənkəranski bir neçə saatdan sonra orada ölüb.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *