5 yaşlı trans qızı üçün anası mübarizə aparır – FOTO
AzNews.info Stimulxəbər-ə istinadən xəbər verir ki,Kay Şapley 5 yaşında bir qız uşağıdır. Ancaq məktəbdəki qızlar üçün nəzərdə tutulan sanitar qovşağından istifadə etməsinə icazə verilmir.
Çünki Şapley əslində kişi cinsində dünyaya gəlib,özünü qız uşağı kimi hiss edən bir transdır.Amerika Birləşmiş Ştatlarının Texas vilayətində yaşayan Pearland Məktəbi tələbəsi Şapley, Cozef adında bir oğlan kimi dünyaya gəlmişdi.
5 yaşlı trans qızı üçün anası mübarizə aparır
Daha sonra 3 yaşında anasına "Mən əslində bir qızam" deməyə və sonra qız uşaqlarına xas hərəkətlər etməyə başlayan uşağın anası onun ölmək üçün dua etdiyini eşidəndə həqiqəti dərk edir.
Anası oğlunun bu davranışlarına uzun müddət məhəl qoymamağa çalışır. Bir gün oğlunun "Ölmək" üçün dua etdiyini eşidincə səhv etdiyini düşünməyə başlayır.Daha sonra oğluna gedib bir oyuncaq və "Şahzadə Qız" paltarı alır. Kay,sevincindən ağlayaraq anasına təşəkkürünü bildirir.
MƏN QIZIMIN HƏYATI ÜÇÜN MÜBARİZƏ APARIRAM
Balaca Kay 5 yaşına gəlib ilk dəfə məktəbə yazılanda tamamilə qız kimi görünürdü ancaq məktəb rəhbərliyi onun qızlar üçün nəzərdə tutulmuş sanitar qovşaqdan istifadə etməsinə imkan vermirdi.
Kiçik uşaqlar isə bunu anlamır, Kaya gülür və məzhərəyə qoyurdular.
Buna dözə bilməyən Kayın anası Kim Şapley, Texasda buna əsas olaraq məhkəmədə iddia qaldırıb.Məhkəmə iclasında çıxışı zamanı onu izləyən hər kəs təsirlənib.Şapley, "Bu sanitar qovşağı məsələsi deyil. Mən qızımın sanitar qovşağından istifadə etməsi üçün mübarizə aparmıram. Mən qızımın həyatı üçün mübarizə aparıram. Xahiş edirəm bunu anlayın” deyib.
Kiçik Kay yaz tətilindən sonra 2 həftə ərzində məktəbə başlayacaq.
Mənbə:> Stimulxeber.az