Rüstəm Orucov və Orxan Səfərov Rioda mükafatlandırıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman

Rüstəm Orucov və Orxan Səfərov Rioda mükafatlandırıldı

Rüstəm Orucov və Orxan Səfərov Rioda mükafatlandırıldı


Rioda Atletlər kəndində keçirilən tədbirdə Azərbaycan Olimpiya seçməsinin üzvləri Rüstəm Orucov və Orxan Səfərov mükafatlandırılıb.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın Oxu.Az saytına verdiyi məlumata görə, Azərbaycan nümayəndə heyətinin qərargahındakı mərasimdə Rio-2016 Olimpiyadasında ilk “8-lik”də yer alan idmançılarımıza mükafatlar təqdim olunub.

İdmançılar, məşqçilər və rəsmi nümayəndələrin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov hər kəsi salamlayıb. Rüstəm Orucova Olimpiyadada xalqımıza ilk medal sevincini yaşatdığı üçün təşəkkürünü bildirən İ.Mədətov bu uğurun digər idmançılarımıza stimul olduğunu söyləyib.

Ardınca Rüstəm Orucov və Orxan Səfərov Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Rio-2016 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin sədri Karlos Nuzmanın imzaladığı sertifikatla təltif edilib.

Sonda isə Orxan Səfərovun ad günü qeyd olunub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *