Rels üzərində nəhəng avtobusun layihəsi yalan çıxdı
Çinin rəsmi KİV-i nəhəng avtobus-portalın təsisçilərini tənqid atəşinə tutub.
Oxu.Az bu barədə Shanghaiist-ə istinadən xəbər verir.
Portalın məlumatına görə, ölkə hakimiyyəti bəyan edib ki, layihənin yerinə yetirilməsi mümkün deyil, bu səbəbdən də bu, fırıldaqçılıq və investorları aldatmaqdır.
May ayında Pekində Beynəlxalq texniki sərgidə təqdim edilən TEB avtobus-portalının prototipinin keçən həftə Çində sınaqlarının başlandığı barədə məlumat yayılmışdı.
Bununla yanaşı, yerli məmurlar bu layihə ilə əlaqələrini inkar edilər və onlardan sınaq üçün heç bir icazə alınmadığını bildirirlər.
Bununla əlaqədar layihəni yaradanlar izah ediblər ki, əslində bu məlumat verildiyi kimi yol sınaqları yox, sadəcə, daxili sınaqların bir hissəsidir.
Şahidlərin sözlərinə görə, poliqonun yaxınlığındakı ekranlarda hələ də orada “Dünyada ilk TEB sınaqları” keçirildiyi barədə məlumat yerləşdirilib. Amma avtobusun özü polad konstruksiyanın axasında gizlənilib. Poliqona giriş qadağandır.
Qeyd edildiyi kimi hazırda avtobusun sınaqları dayandırılıb, yolun salınacağı sahədə isə, hələ ki, işlər başlanılmayıb.
Mənbə:> Oxu.az