Xırdalan səhəri güllə səsləri ilə açdı! – FOTO
1Xəbər.com xəbər verir ki, bugün səhər saatlarında Xırdalan sakinləri güllə səslərinə oyandı.
Əvvəlcə hamı hansısa quldur dəstəsinin polis tərəfindən zərərləşdirilməsini zənn edib küçəyə çıxsa da, sonradan gördükləri mənzərə qarşısında şoka düşüblər.
Belə ki, şəhərin əsas prospekti olan Heydər Əliyev pr. boyu sahibsiz itlərin al qana boyanmış cəsədləri sıralanıb.
Məlum olduğu kimi, hazırda sahibsiz itlərlə mübarizə vasitəsi kimi - dövlət bu asan və vəhşiliyi ehtiva edən yolu qadağan edir.
Əvəzində - dövlət büdcəsindən vəsait ayrılaraq sahibsiz it və pişiklərin saxlanılması üçün şəhər kənarında xüsusi ərazi ayrılıb.
Ancaq deyəsən, Abşeronun icra hakimiyyətinin işçiləri özlərinə əziyyət verməmək üçün asan və bununla da amansız yolu seçir. Həm də hər kəsin gözü qarşısında...
Təqdim etdiyimiz fotodan da göründüyü kimi itlərə qarşı terror Xırdalanda yanacaq doldurma stansiyasının qarşısında həyata keçirilib. Ətraf yaşayış evləri ilə dövrələnib. Hədəfdən kiçicik bir yayınma böyük fəlakətlə nəticələnə bilər. Eyni zamanda hadisə şahidləri üçün güclü stress yaşadan bu hərəkətlərə görə cavabdeh orqanlardan yaxın saatlarda izahat tələb edəcəyik.
Xatırladaq ki, bu ərəfə itlərin balalama mövsümü sayıldığı üçün öldürülən itlərin boğaz olduğu fotolardan aşkar görünür.
Mənbə:> 1xeber.com