Nazirlikdən xəbərdarlıq: İdxal olunan toyuq əti dərhal satışdan kənarlaşdırılmalıdır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Səhiyyə

Nazirlikdən xəbərdarlıq: İdxal olunan toyuq əti dərhal satışdan kənarlaşdırılmalıdır

Nazirlikdən xəbərdarlıq: İdxal olunan toyuq əti dərhal satışdan kənarlaşdırılmalıdır


İqtisadiyyat Nazirliyi tərəfindən əhalinin sağlamlığı və istehlakçı hüquqlarının qorunması, istehlak mallarına olan təlabatın yüksək keyfiyyətli məhsullarla təmin olunması və süni qiymət artımının qarşısının alınması istiqamətində təsərüffat subyektlərində istehsal edilən və idxal olunan məhsulların keyfiyyətinə nəzarət tədbirlərinin həyata keçirilməsi zamanı ölkəyə keyfiyyətsiz toyuq əti məhsulları idxal edən şirkətin vəzifəli şəxslərinin qanunsuz əməlləri aşkar edilməklə qeyd olunan məhsullar satışdan kənarlaşdırılıb.

Oxu.Az xəbər verir ki, nazirliyin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Araşdırmalar zamanı Ukraynadan Azərbaycan Respublikasına dondurulmuş toyuq əti məhsulları gətirilməsi ilə məşğul olan “OMEQA” MMC-ninvəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək malların qiymətini süni yolla artırmaq məqsədilə ölkəyə tərkibində nəmliyinin kütlə payı normadan 7 dəfə artıq olan Ukrayna istehsalı olan “Katkut” markalı dondurulmuş toyuq əti məhsulları idxal edərək malın çəkisinə və keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatmalarına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə)və 200.1-ci (istehlakçıları xeyli miqdarda aldatma) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

İqtisadiyyat Nazirliyi və Baş Prokurorluq əlaqəli şəkildə istehlak bazarında əhalinin sağlamlığına ziyan vuran və keyfiyyətsiz məhsulların istehsal və idxal olunmasının, gizli yollarla süni qiymət artımı hallarının qarşısının alınması, belə məhsulların satışdan kənarlaşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində qanunla nəzərdə tutulmuşən kəsərli tədbirlərin həyata keçirilməsi bundan sonra da davam etdiriləcəkdir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *