Fransa müsəlmanları rahibi öldürən şəxsi dəfn etməkdən imtina edirlər
Fransanın Sent-Etyen-dyu-Ruvre şəhərinin müsəlman icması katolik kilsəsinin rahibini öldürən 19 yaşlı Adel Karmişi dəfn etməkdən imtina edib, Oxu.Az Sky News-a istinadən xəbər verir.
“Biz İslamı bu adam ilə ləkələmək istəmirik. Biz onu cənazəsinin dəfn mərasiminə hazırlanmasında iştirak etməyəcəyik”, - yerli məscidlərin birinin axundu Məhəmməd Karabila deyib.
O həmçinin qeyd edib ki, əgər şəhər hakimiyyəti və Karmişin ailəsi onu dəfn etməyi xahiş etsə, bu zaman müsəlman icması bu xahişi həyata kçirmək üçün ayrıca adam təyin etməyə məcbur olacaq.
Xatırladaq ki, iyulun 26-da iki terrorçu Fransada kilsədə bir neçə nəfəri girov götürmüşdür. Onlardan biri Adel Karmiş idi. Hücum zamanı terrorçular bir rahibi öldürmüşdülər. Sonrada polis hər iki yaraqlının zərərsizləşdirmişdir.
Mənbə:> Oxu.az