Ərdoğan Məhəmməd Əlinin dəfn mərasiminə qatılacaq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü ABŞ-a yola düşəcək.
Oxu.Az xəbər verir ki, Türkiyənin “Milliyet” qəzetinin məlumatına görə, Ərdoğanın səfərində məqsəd boksun əfsanəsi Məhəmməd Əlinin dəfn mərasimində iştirak etməkdir.
Əfsanəvi boksçu Məhəmməd Əli ABŞ-ın Kentukki ştatının Luisvil şəhərində iyunun 10-da dəfn olunacaq.
Məlumata görə, dəfn mərasimi boksçu ilə vidalaşmaq istəyən hər kəs üçün açıq olacaq.
Qeyd edək ki, Məhəmməd Əli iyunun 3-də 74 yaşında Finiks (ABŞ) xəstəxanalarının birində dünyasını dəyişib. İdmançı 1984-cü ildən Parkinson xəstəliyindən əziyyət çəkirdi.
Mənbə:> Oxu.Az