Məhəmməd Əlinin ölüm səbəbi açıqlanıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Səhiyyə, İdman, Boks

Məhəmməd Əlinin ölüm səbəbi açıqlanıb

Məhəmməd Əlinin ölüm səbəbi açıqlanıb


Əfsanəvi boksçu Məhəmməd Əlinin ölüm səbəbi açıqlanıb.

Oxu.Az xəbər verir ki, idmançının ailə üzvlərinin Reuters-ə verdiyi məlumata görə, 74 yaşlı boksçu naməlum təbii səbəbdən baş vermiş septik şokdan dünyasını dəyişib.

Xatırladaq ki, boks dünyasının əfasanəsi iyunun 2-də ağ ciyərləri ilə bağlı problemlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi. O, Parkinson xəstəliyindən əziyyət çəkirdi. Həkimlər onun ölüm ayağında olduğu açıqlamışdılar.

Məhəmməd Əli dünyanın ən adlı-sanlı və tanınan idmançılarındandır. O,1960-cı ilin Olimpiya çempionu, ağır çəkidə mütləq dünya çempionu (1964-1966, 1974-1978), beşqat “İlin boksçusu”dur.

Öz karyerasında 61 döyüş keçirən Əli onlardan 56-da qalib gəlib (37 döyüşü nokautla başa vurub).

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *