Çirkli suyu içməli suya çevirən yeni texnologiya » AzNews.info -Xəbər portalı

Çirkli suyu içməli suya çevirən yeni texnologiya

Çirkli suyu içməli suya çevirən yeni texnologiya


Bu kəşf su çatışmazlığı ilə üzləşən ölkələrə kömək edəcək.

Vaşinqton Universitetinin alimlər qrupu Hindistan alimi Srikant Sinqamaneni ilə birlikdə çirkli mayeni təmiz və içmək üçün yararlı suya çevirməyə imkan verən yeni texnologiya icad ediblər.

Oxu.Az xəbər verir ki, “ICTnews” elektron xəbər xidməti “DNI24” resursuna istinadən yazır ki, suyun təmizlənməsi üzrə yeni texnologiyada başlıca element əsasını qrafenin təşkil etdiyi innovativ materialdır.

Lilin filtrasiyası günəş şüalarının təsiri ilə həyata keçirilir. Qrafeni əsas kimi götürən alimlər xüsusi təbəqə yaradaraq onu çirkli suyun üstünə və günəş şüalarının altına qoyublar. Bir müddətdən sonra çirkli mayenin təmiz suya çevrilmə prosesi başlayıb.

Məlumata görə, suyu isti günəş şüalarının təsir etdiyi sellüloz bakteriyaları və qrafen oksidi təmizləyir. İnnovativ sutəmizləmə üsulunun yaradıcıları qeyd edirlər ki, qrafen oksidi əsl möcüzələr yaradır. Elektrik və istiliyi yaxşı keçirən qrafen oksidi təmiz içməli su hazırlaya bilir.

Alimlərin fikrincə, onların kəşfi, ilk növbədə, Çin və Hindistan kimi təmiz su çatışmazlığı ilə üzləşən ölkələrə kömək edəcək. Bununla yanaşı, çoxlu günəş işığı ilə hamı müstəqil şəkildə ilk baxışdan istifadəyə yararsız sudan içməli su hazırlaya biləcək.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *