Bakıda avtobusdan yıxılan qadın ölüb
Bakıda 8 gün əvvəl avtobusdan yıxılan qadın ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, iyulun 20-də Suraxanı qəsəbəsində Bakı şəhər sakini Sevil Şükürova Murtuza Qəhrəmanovun idarə etdiyi 104 saylı “İsuzu” markalı avtobusdan yıxılıb.
Xəstəxanaya yerləşdirilən S.Şükürova iyulun 28-də orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Oxu.az