Türkiyənin 99 yeni generalı
47 general xidmət müddəti başa çatdığı üçün ehtiyata göndərilib.
Türkiyənin Ali Hərbi Şurası 99 polkovnikə general və admiral rütvbəsi verib.
Oxu.Az “Turkiyegazetesi”nə istinadən xəbər verir ki, 47 general xidmət müddəti başa çatdığı üçün ehtiyata göndərilib. Həmçinin 20 general və admiralların xidmət müddətinin bir il artırıldığı da qeyd edilib.
Ali Hərbi Şuranın iclasının nəticələrinə görə, Türkiyənin SQ-nin Baş qərargahı Hulusi Akar, eləcə də Quru Qoşunlarının, HHQ və HDD baş komandanları postlarını qoruyub saxlayıblar.
Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib ki, jandarmeriya qüvvələrinin yeni komandanı Yaşar Gülər təyin edilib.
Mənbə:> Oxu.az