4 generalın ordudan tərxis edilməsi xəbərinə MÜNASİBƏT
Bəzi elektron informasiya vasitələrində Silahlı Qüvvələrin 4 generalının ordu sıralarından tərxis edilməsinə dair yayılan xəbərlər həqiqəti tam əks etdirmir.
Bu barədə Oxu.Az-a Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.
Nazirlikdən qeyd ediblər ki, məlumatda adı qeyd olunan general-mayor Qorxmaz Qarayev həqiqətən də “öz arzusu ilə” Ali Baş Komandanın sərəncamına əsasən ehtiyata buraxılıb.
“Xəbərdə adları qeyd olunan digər 3 ali rütbəli zabit - general-mayor Fəxrəddin Cəbrayılov, general-mayor Rafiq Hüseynov və general-mayor Mirzə Almasov isə ordu sıralarından ehtiyata buraxılmaları üçün komandanlığa müraciət ediblər.
Müdafiə naziri tərəfindən general-mayor F.Cəbrayılov və general-mayor R.Hüseynovun Mərkəzi Hərbi Həkim Komissiyasının çıxardığı “xəstəliyə görə” rəyinə, general-mayor M.Almasovun isə “öz arzusu ilə” Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılmaları barədə Ali Baş Komandan qarşısında vəsatət qaldırılacaqdır”, - deyə, MN bəyan edib.
Mənbə:> Oxu.Az