Bu il Türkiyəyə gedən azərbaycanlıların sayı azalıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Dünya

Bu il Türkiyəyə gedən azərbaycanlıların sayı azalıb

Bu il Türkiyəyə gedən azərbaycanlıların sayı azalıb


Qonşu ölkəyə turist axını kəskin aşağı düşüb.

2016-ci ilin iyun ayında Azərbaycandan Türkiyəyə 49 min 858 nəfər turist səfər edib. Bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 9,43% azalma deməkdir.

Oxu.Az bu ölkənin Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, Türkiyəyə gedən turistlərin arasında azərbaycanlıların sayı isə 2,04%-dən 1,34%-ə düşüb.

Ümumilikdə, yanvar-iyun aylarında isə qonşu ölkəyə 238 min 619 nəfər həmyerlimiz gedib ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 10,17% azdır.

2015-ci ilin iyun ayında Türkiyəyə gedən azərbaycanlıların sayı 55 min 48 nəfər, yanvar-iyun aylarında isə 265 min 639 nəfər olub.

Qeyd edək ki, Türkiyəyə gələn əcnəbilərin sayı 2016-ci ilin iyun ayında keçən illə müqayisədə 40,9% azalaraq 2 milyon 438 min olub.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *