Sumqayıtda üzgüçü qız hovuzda boğuldu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Sumqayıtda üzgüçü qız hovuzda boğuldu

Sumqayıtda üzgüçü qız hovuzda boğuldu


Baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır.

Ötən gün Sumqayıt şəhərində yerləşən idman kompleksində 1991-ci il təvəllüdlü Ülkər Oktaybəyli üzgüçülük hovuzunda boğularaq dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, kompleksin meneceri Elnur Hüseynov AzVision.az-a açıqlamasında bildirib ki, Ülkər Muradova professional üzgüçü olub.

Menecerin sözlərinə görə, dünyasını dəyişən xanımın ürəyində problem olub:

“Ülkər xanım hər yay fəslində bizim kompleksə gəlirdi. Yəqin ki, xanımın ürəyində problem yaranıb. Çünki suda boğulan şəxs ən azından köməyə kimisə çağırar, qışqırardı. Bu hadisə boğulma olmadan baş verib.

Hər gün olduğu kimi nəzarətçilər orada olub. Nəzarətçilər xəbər tutan kimi dərhal xanımı sudan çıxarıblar. İlki yardım göstərilib, süni nəfəs verilib.

Daha sonra həkimlər gəlib. Ülkər xanım 3-4 ilə yaxındır ki, bizim idman kompleksində qeydiyyatda olub. Ülkər xanım professional üzgüçü olub”.

Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *