Bakıda möcüzə kimi olay
9-cu mərtəbədən yıxılan uşaq sağ qaldı.
Bakının Binəqədi rayonu ərazisində bədbəxt hadisə baş verib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, 7 yaşlı Həsən Abdullayev 9 mərtəbəli binanın 9-cu mərtəbəsindən yıxılıb.
Hadisədən dərhal sonra Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilən Həsənə kəllə-beyin travması diaqnozu qoyulub. Bundan başqa onun bud, çanaq və qabırğalarında çoxsaylı sınıqlar var. Həkimlər 7 yaşlı oğlanın halında pisləşmə qeydə almasa da, onun vəziyyətinin ağır olduğunu bildirir.
Qeyd edək ki, 7 yaşlı Həsən Abdullayev özünü 9-cu mərtəbədəki mənzilin pəncərəsindən atarkən ağacların üstünə düşdüyündən sağ qalıb.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə:> Oxu.az