“Yahoo” satıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

“Yahoo” satıldı

“Yahoo” satıldı


ABŞ-ın telekommunikasiya şirkəti “Verizon”, internet məzmun təminatçısı “Yahoo”nu 4,83 milyard dollara satın alıb.

Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, iki şirkət arasındakı razılaşmaya görə, “Yahoo”nun adı dəyişəcək və şirkət ictimaiyyətə açıq bir investisiya şirkəti olacaq.

“Verizon” “Yahoo”nu AOL ilə birləşdirəcək.

“Verizon”dan verilən açıqlamaya görə, satınalmanın 2017-ci ilin ilk rübdə başa çatdırılması gözlənilir. Müqaviləyə əsasən, Yahoo Alibaba, Yahoo Japan səhmləri və patentlər adını dəyişdirəcək “Yahoo”da qalmaqda davam edəcək.

Beləliklə, 1994-ci ildə Jerry Yang və David Filo tərəfindən əsası qoyulan “Yahoo” yaradılmasından 22 il sonra satılmış oldu.

“Yahoo” illər ərzində 5,7 milyard dollarlıq “Broadcast.com” və 3,6 milyard dollarlıq “Geocities” kimi satınalmalara da imza atmışdı.

“Yahoo” “Google”ın rəhbərliyindən transfer etdiyi Marissa Mayer ilə “Tumblr” və “MessageMe” kimi gənclərə yönəlmiş satınalmalarla “təzə qan” axtarışına getmişdi.

ABŞ-ın ən böyük kabelsiz telekommunikasiya xidmətləri təchizatçısı “Verizon AOL” geniş bir xidmət spektrinə malikdir.

Bu satınalma ilə “Yahoo”nun axtarış, məzmun, mobil və reklam departamentlərinin sahibi olan “Verizon”, bununla da rəqəmsal media sahəsində mühüm bir addım atır.

25 iyul 14:53

ABŞ-ın ən böyük kabelsiz telekommunikasiya xidmətləri təchizatçısı Verizon “Yahoo”nun əsas hissələri üçün 5 milyard dollar ödəyib.

Oxu.Az bu barədə “Reuters”ə istinadən xəbər verir.

“Yahoo” və “Verizon”dan isə satış ilə bağlı şərh verməyib.

Qeyd edək ki, bundan öncə isə “Bloomberg” yazırdı ki, “Yahoo”nun əsas hissələri “Verizon” tərəfindən 4,8 milyard dollara alınıb.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *