İraqda 43 ildə ilk dəfə ölkənin ən gözəl qızı seçildi – FOTO
Bağdadda “Miss İraq” müsabiqəsi başa çatıb.
Oxu.Az “Yahoo! News”a istinadən xəbər verir ki, 20 yaşlı Kirkuk şəhər sakini Şalma Əbdülrəhman müsabiqənin qalibi seçilib.
“Mən çox xoşbəxtəm ki, İraq inkişaf edir”, - Şalma Əbdülrəhman deyib. Onun fikrincə, müsabiqə sayəsində “bir çox iraqlının üzündə təbəssüm yaranıb”.
“Reuters”in məlumatına əsasən, müsabiqənin finalı oktyabrın 1-də Basrada keçirilməli idi, lakin iştirakçıların ünvanına gələn təhdidlər səbəbindən tədbir təxirə salınmışdı.
Müsabiqənin iki iştirakçısı “həyatları ilə risk etməkdən qorxaraq” finala gedən yolda yarışmadan imtina ediblər.
Buna baxmayaraq, müsabiqəyə İŞİD-in işğal etdiyi Mosul şəhəri də daxil olmaqla, bir çox bölgələrdən gözəl qızları cəlb edilib.
Qeyd edək ki, İraq ilk və sonuncu dəfə “Kainat gözəli” müsabiqəsində 1972-ci ildə təmsil olunub. O vaxt ölkənin müsəlman icması müsabiqəni “Şeytan əməli adlandıraraq” gənc qızı mühakimə etmişdir. Bundan sonra İraq təmsilçiləri belə yarışlarda iştirak etməyiblər.
Mənbə:> Oxu.Az