27 qəzetə bir milyon manat yardım ayrıldı – SİYAHI
Azərbaycan qanunvericiliyinə və Jurnalistlərin Peşə Davranışı Qaydalarına riayət edən gündəlik ictimai-siyasi qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının xüsusi iclası keçirilib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açıq elan edərək gündəlikdəki məsələ barədə məlumat verib.
Gündəliyə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında” 2016-cı il 21 iyul tarixli sərəncamına əsasən, qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması məsələsinin müzakirəsi daxil edilib.
Fondun icraçı direktoru Vüqar Səfərli Prezidentin sərəncamını ölkədə söz və məlumat azadlığının inkişaf etdirilməsi, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və KİV-lər adından ölkə başçısına minnətdarlığını bildirib.
İcraçı direktor sərəncama əsasən, birdəfəlik maliyyə yardımı ayrılacaq mətbuat orqanlarının müəyyənləşdirilməsi məsələsini Müşahidə Şurası üzvlərinin müzakirəsinə təqdim edib.
Sonra məsələ ətrafında müzakirələr başlayıb. Fondun Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə, üzvlərdən –0 Vüqar Əliyev, Əflatun Amaşov, Bəxtiyar Sadıqov, Müşfiq Ələsgərli, Rəşad Məcid və İntiqam Hümbətov çıxış edərək ölkə başçısının sərəncamı ilə ayrılmış birdəfəlik maliyyə yardımının gündəlik ictimai-siyasi qəzetlərin üzləşdiyi problemlərin həlli baxımından xüsusi əhəmiyyətini qeyd ediblər.
Aparılmış müzakirələr nəticəsində respublikada uzun illər ərzində sabit fəaliyyət göstərərək ictimaiyyət arasında nüfuz qazanmış, yüksək tirajı və dövriyyəsi olan, Azərbaycan qanunvericiliyinə və Jurnalistlərin Peşə Davranışı Qaydalarına ardıcıl şəkildə riayət edən gündəlik ictimai-siyasi qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında” 2016-cı il 21 iyul tarixli sərəncamına əsasən maliyyə yardımı ayrılmış qəzetlərin siyahısı:
№ Nəşrin adı Ayrılmış məbləğ
1.“Azərbaycan” qəzeti 40.000 AZN
2.“Bakinski raboçi” qəzeti 40.000 AZN
3.“Bakı Xəbər” qəzeti 40.000 AZN
4.“525-ci qəzet” 40.000 AZN
5.“Ekspress” qəzeti 40.000 AZN
6. “Ədalət” qəzeti 40.000 AZN
7.“Xalq qəzeti” 40.000 AZN
8.“İki sahil” qəzeti 40.000 AZN
9.“Kaspi” qəzeti 40.000 AZN
10.“Kaspiy” qəzeti 40.000 AZN
11.“Mövqe” qəzeti 40.000 AZN
12.“Olaylar” qəzeti 40.000 AZN
13.“Palitra” qəzeti 40.000 AZN
14.“Respublika” qəzeti 40.000 AZN
15.“Səs” qəzeti 40.000 AZN
16.“Şərq” qəzeti 40.000 AZN
17. “Şərq qapısı” qəzeti 40.000 AZN
18.“Yeni Azərbaycan” qəzeti 40.000 AZN
19.“Yeni Müsavat” qəzeti 40.000 AZN
20.“Azad Azərbaycan” qəzeti 30.000 AZN
21.“Bizim yol” qəzeti 30.000 AZN
22.“Exo” qəzeti 30.000 AZN
23.“Həftə içi” qəzeti 30.000 AZN
24.“Xalq Cəbhəsi” qəzeti 30.000 AZN
25.“Novoye vremya” qəzeti 30.000 AZN
26.“Paralel” qəzeti 30.000 AZN
27.“Üç nöqtə” qəzeti 30.000 AZN
Mənbə:> Oxu.az