“The İndependent” qəzetinin çapı dayandırılır » AzNews.info -Xəbər portalı

“The İndependent” qəzetinin çapı dayandırılır

“The İndependent” qəzetinin çapı dayandırılır


Martın 26-da Britaniyanın “The Independent” qəzetinin bu gün sonuncu dəfə kağız versiyası işıq üzü görüəcək.

Oxu.Az-ın məlumatına görə, bu barədə nəşrin saytında məlumat yerləşdirilib.

Bundan sonra “The İndependent”in yalnız onlayn versiyası mövcud olacaq. Qəzet 1995-ci ildən bu günə qədər ilk dəfədirki kağız versiyasını bağlayıb və tam internet rejiminə keçib. Bunun əsas səbəbi isə maliyyə çətinlikləri ilə bağlıdır.

Qəzet 1990-cı illərin əvvəlində də ciddi maliyyə problemləri ilə üzləşib. “The Independent”in tirajı 2009-cu ildə 184 min nüsxəyə qədər enib. A.Lebedev 2010-ci ildə nəşri nominal qiymətə - 1 funt sterlinqə alıb. Lakin qəzet yenə də populyarlığını itirməkdə davam edib. Ötən il isə onun gündəlik tirajı 58 min nüsxədən aşağı düşüb.

Bankirin “The İndependent”in kağız versiyasının buraxılmasını dayandırmağı niyyətini bu ilin fevralın oratalarında məlum olub. Həmin vaxt bildirilib ki, Lebedev və onun oğlu qəzeti satmaq qərarına gəliblər.

Qeyd edək ki, “The İndependent” gündəlik qəzeti 1986-ci ildə yaradılıb və 1990-cı ildə tirajı 400 min nüsxəyə çatıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *