Independent: Yaponiya sahillərinə içində meyit olan 11 qayıq yan alıb
Cəsədlərin kimlərə məxsus olduğu müəyyən edilməyib.
Yaponiya sahillərinə çürüməyə başlayan meyitlərin olduğu 11 qayıq yan alıb, yerli KİV onların Şimali Koreyadan gəldiyini ehtimal edir, The Independent qəzeti məlumat yayıb.
Oxu.Az “Gazeta”ya istinadən xəbər verir ki, sahil mühafizəsindən verilən məlumata görə, qayıqların bir neçəsində 20-yə yaxın cəsəd olub. Qayıqlar Yapon dənizində aşkar edilib, onların bəziləri limanlara gətirilib, cəsədlərin kimlərə məxsus olduğu hələlik müəyyən edilməyib. Qayıqlardan sonuncusu Fukui limanında aşkar edilib.
Yaponiya KİV-nin yaydığı məlumata görə, qayığın göyərtəsində Şimali Koreyanın bayrağını xatırladan parça hissəsi tapılıb. Eyni zamanda qayıqların birinin üzərində “Koreya xalq ordusu” yazısının olması barədə məlumat da mövcuddur.
Bununla bağlı ekspertlər aşkar edilən cəsəd qalıqlarının Şimali Koreya balıqçılarına məxsus olduğunu ehtimal edirlər. Digər ekspertlər isə cəsədlərin ölkədən qaçmağa çalışan insanlara məxsus olduğunu hesab edirlər.
Mənbə:> Oxu.Az