Saatlıda 21 nəfər qarpız və qovundan zəhərlənib
Hava şəraitinin isti keçməsi ilə əlaqədar günvurma ilə bağlı xəstəxanalara müraciət edənlərin sayı artıb.
AzNews.info xəbər verir ki, bu barədə Saatlı Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Xəstəxanadan həmçinin bildirilib ki, qarpız , qovun, pomidor kimi tərəvəzlərdən zəhərlənmə halları da çoxalıb. Mövsüm ərzində bu tərəvəzlərdən istifadə etdikdən sonra narahatlıq hiss edən 21 nəfər xəstəxanaya müraciət edib. Onlara lazımi yardım göstərilib.
Saatlı rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Etibar İbişov bildirib: “Pomidor, qovun və qarpızın çıxması ilə əlaqədar olaraq xəstələr bizə müraciət edirlər. Biz onlara mədələrini yumaqla və fiziloji məhlullar köçürməklə yardım göstəririk”.
Mənbə:> Region TV