Nazir: Azərbaycanla Fransa arasında viza maneələri aradan qalxır
“Bütün görülən işlərə baxmayaraq, fransız turistləri hələ ki, hərəkətə keçməyib (fransalı turistlərin Azərbaycana gəlişi - red.). Hələ nəticə əldə etməmişik. Bundan məyus olduğumu etiraf edirəm. Mən buna təəssüf edir, lakin ümidimi itirmirəm. Mən 2017-ci ildə də səylərin davam etdirilməsi haqda göstəriş vermişəm”.
Oxu.Az xəbər verir ki, bu sözləri Əbülfəs Qarayev Fransanın “I-Tourisme” jurnalına müsahibəsində deyib.
“Azərbaycanla Fransa arasında viza maneələri həll edilir. Belə ki, bu ilin sentyabrından etibarən, elektron viza sistemi işə düşəcək və bu prosedurun yaratdığı maneələr aradan qalxacaq.
Bundan başqa, bizim Fransaya birbaşa aviareyslərimiz də həmvətənlərinizin sayəsində turizmi inkişaf etdirməmizə töhfə verəcək. Buna ümid edirik. Biz, turistləri daha asan formada cəlb edə bilmək üçün ekspertlərin də rəyini dinləyirik. Məsələn, qonşuluqda olan ölkələrdən turistlərin – səyahət etməyi çox sevən rusların cəlbi üçün”.
Mənbə:> Oxu.az