Bakı haqqında məqaləyə görə Rusiya saytı bağlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Dünya

Bakı haqqında məqaləyə görə Rusiya saytı bağlandı

Bakı haqqında məqaləyə görə Rusiya saytı bağlandı

Bu qərara səbəb “Gazeta.ru” internet-nəşrin öz müəllifini bu saytda məqaləsini aşkar etməsi olub.

Oxu.Az “Vedomosti”yə istinadən xəbər verir ki, qərarda bunun “ədəbi əsərə intellektual hüquqların” müdafiəsi üçün edildiyi bildirilib.

Məlumata görə, iddia üçün predmet story-media.ru saytında dərc edilən “Bakı Xəzərin mirvarisidir” məqaləsi olub. Məhkəmə məqalənin “Gazeta.Ru”da 2016-cı ilin mart ayında dərc edilən Yelizaveta Mayetnanın “Tsigel-tsigel-ay-lyu-lyu: Bakıda nə ilə məşğul olmaq olar” məqaləsinin surəti olduğunu qərara alıb.

“Gazeta.ru”nun daxil olduğu “Rambler & Co” holdinqində “mütəmadi olaraq kontentin qanunsuz dərc edilməsi ilə mübarizə apardıqlarını” bildiriblər.

Blok edilmiş sayt iyulun 20-də açılmayıb, müdriyyət ilə əlaqə qurmaq mümkün olmayıb. Sayt məlumatları gizli saxlanan hüquqi şəxsin adına qeydiyyatdan keçirildiyi bildirilib.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *