Daşkəsən sakinini talayan şəxslər tutulub
Daşkəsən rayon sakinindən açıq talama yolu ilə pul alan şəxslərdən ikisi tutulub.
Oxu.Az-ın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinədən verdiyi xəbərə görə, iyulun 18-də Gəncə şəhərində şəxsiyyəti məlum olmayan 3 nəfər Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş Xanlar İsmayılovdan açıq talama yolu ilə 100 manat pul alıblar.
Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Samir Əhmədov və Zümrüd Abdullayeva tutulub, digər şəxsin tutulması üçün tədbirlər görülür.
Mənbə:> Oxu.az