Rusiyada məşhur azərbaycanlı iş adamının oğlu həlak olub » AzNews.info -Xəbər portalı

Rusiyada məşhur azərbaycanlı iş adamının oğlu həlak olub – VİDEO+FOTO

Rusiyada məşhur azərbaycanlı iş adamının oğlu həlak olub


Açinskdə (Rusiyanın Krasnoyarsk vilayəti) iyulun 18-də dəhşətli yol qəzası baş verib, qəza zamanı avtomobillərdən birinin sürücüsü ölüb.

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, faciə Açinskin Nazarov istiqamətində çıxışda “Ulıbka” kafesinin yaxınlığında baş verib.

İlkin versiyaya görə, “Range Rover” avtomobilinin 26 yaşlı sürücüsü qarşı hərəkət istiqamətinə çıxaraq “VAZ-2114” avtomobili ilə toqquşub.

Toqquşmadan sonra maşın yol kənarında olan sütuna çırpılıb. Xarici markalı avtomobilin sükanı arxasında olan sürücü hadisə yerində ölüb. Yerli avtomobilin 21 yaşlı sürücüsü müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Avtomobillərdə sərnişin olmayıb.

Hadisə yerində yol polisi briqadası işləyir, qəzanın baş vermə səbəbləri və təfərrüatları araşdırılır.

Qeyd edək ki, həlak olan şəxs, tanınmış iş adamı, əslən azərbaycanlı olan Rüstəm Bayramovun oğlu Tural Bayramovdur.

Tural özü inşaat işləri ilə məşğul olan “Kaspian servis” MMC-nin direktoru və təsisçisi idi.




Rusiyada məşhur azərbaycanlı iş adamının oğlu həlak olub
Rusiyada məşhur azərbaycanlı iş adamının oğlu həlak olub
Rusiyada məşhur azərbaycanlı iş adamının oğlu həlak olub
Rusiyada məşhur azərbaycanlı iş adamının oğlu həlak olub
Rusiyada məşhur azərbaycanlı iş adamının oğlu həlak olub
Rusiyada məşhur azərbaycanlı iş adamının oğlu həlak olub
Rusiyada məşhur azərbaycanlı iş adamının oğlu həlak olub
Rusiyada məşhur azərbaycanlı iş adamının oğlu həlak olub

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *