AZAL dünyanın ən yaxşı 100 aviaşirkəti siyahısında » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

AZAL dünyanın ən yaxşı 100 aviaşirkəti siyahısında

AZAL dünyanın ən yaxşı 100 aviaşirkəti siyahısında

Britaniyanın “Skytrax” konsaltinq şirkətinin versiyasına görə, AZAL bu il dünyanın ən yaxşı 100 aviaşirkətinin siyahısında yer alıb.

Oxu.Az xəbər verir ki, bu barədə “World Airline Awards” beynəlxalq mükafatının saytı məlumat yayıb.

AZAL reytinqdə 70-ci yeri tutub.

2016-cı ilin ən yaxşı aviaşirkəti BƏƏ-nin “Emirates” şirkəti olub. Daşıyıcı artıq dördüncü dəfədir ki, bu mükafatı qazanır. 2015-ci ildə “Emirates” analoji reytinqdə beşinci yeri tutub.

İkinci yerdə “Qatar Airways”dir. 2015-ci ildə aviadaşıyıcı analoji siyahıda lider idi. İlk üçlük “Singapore Airlines” şirkəti ilə tamamlanır.

2016-cı ilin ən yaxşı şirkətlərindən ibarət onluğa Honkonqun “Cathay Pacific”, Yaponiyanın “All Nippon Airways”, BƏƏ-dən “Etihad Airways”, Türkiyənin “Turkish Airlines”, Tayvanın “EVA Air”, Avstraliyanın ən iri aviadaşıyıcısı “Qantas Airways” və Almaniyanın “Lufthansa” şirkətləri daxildir.

Reytinqə daxil olan “Aeroflot” dünyanın ən yaxşı aviaşirkətləri reytinqinə daxil olan yeganə Rusiya şirkətidir, o, reytinqdə 40-cı sırada qərarlaşıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *