1200 dollar maaşa çoban axtarılır » AzNews.info -Xəbər portalı

SON VAKANSİYALAR


Maliyyə |  Marketinq |  İnzibati |  İnformasiya texnologiyaları |  Satış |  Dizayn
Hüquqşünaslıq |  Təhsil və elm |  Xidmət |  Sənaye və kənd təsərrüfatı |  Müxtəlif

1200 dollar maaşa çoban axtarılır – FOTO

1200 dollar maaşa çoban axtarılır


Türkiyənin Muş bölgəsində 1200 dollarlıq aylıq maaşla çoban axtarılır.

Milli.Az Milliyet-ə istinadən bildirir ki, bu maaşa razılaşaraq çoban işləyəcək şəxsə pulla yanaşı, hər ay 50 kq pendir, yun, mobil telefon üçün kontur, paltar və ayaqqabı veriləcək.

Muşda çoban qıtlığı yarandığından sürü sahibləri qoyunları otaracaq kişi tapa bilmirlər. Bu səbəbdən sürüləri qadınlar və uşaqlar otarırlar.

Sürü sahiblərindən biri Belkise Çelik deyir: "Çoban tapa bilmirik. Bu səbəbdən də ötən il ayda 600 dollar olan maaşı indi 1200 dollara qaldırdıq. Gündüzlər sürülərə qadınlarla uşaqlar, gecələr biz baxırıq. 300 qoyunum var. Çoban axtarıram, tapa bilmirəm. Çoban olmadığından nəvələrimi məktəbə yollaya bilmirəm. Çoban işləməyə razılaşacaq adamın siqaretini də almağa hazıram".

Mənbə: Milli.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *