Erməni kəşfiyyatçı: Özümü çoban kimi təqdim etdim » AzNews.info -Xəbər portalı

Bölmə: Qarabağ, Hərbi, Video

Erməni kəşfiyyatçı: Özümü çoban kimi təqdim etdim – VİDEO

Erməni kəşfiyyatçı: Özümü çoban kimi təqdim etdim


Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni hərbi qulluqçu Arsen Baqdasaryanın cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib. Proses zamanı cinayət işinə əlavə olunan sənədlərə baxış keçirilib.

AzNews.info-nun ANS TV-yə istinadən məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə bu dəfə zərərçəkənlərin ifadələri dinlənildi. Arsen Baqdasaryan əsir düşərkən hərbi deyil, mülki geyimdə olduğunu və özünü çoban Vazgen Qriqoryan kimi təqdim etdiyini dedi.

Proses zamanı cinayət işinə əlavə olunan sənədlərlə də tanış olundu. Erməni kəşfiyyatçıda aşkar edilən 3 piyada əleyhinə minadan birinin tərkibindəki tratil çıxarılaraq, digər ikisinin isə partladılaraq zərərsizləşdirildiyi söylənildi.

İclasda piyada əleyhinə “fuqas” tipli minanın Ermənistanda istehsal edildiyi açıqlandı. Faktı sənədlərlə tanışlıq zamanı Arsen Baqdasaryan da təsdiq etdi və minanın Kirovakan, hazırkı Vanadzor şəhərində yerləşən zavodda hazırlandığını bildirdi.

Bu gün eyni zamanda məhkəmə prosesinin yekunlaşdığı elan olundu. Çıxış üçün söz dövlət ittihamçısına verilsə də, prokuror məhkəmədən vaxt istədi.

Arsen Baqdasaryan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12 maddəsilə təqsirli bilinir və Gəncə Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.

Növbəti məhkəmə prosesinin may ayının 4-də keçiriləcəyi elan olunub.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *