Azərbaycanla sərhəddə erməni çoban yoxa çıxıb
Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində çoban itkin düşüb.
Oxu.Az-ın erməni KİV-ə istinadən verdiyi məlumata görə, 37 yaşlı Aknaxpur kənd sakininin itkin düşməsi barədə xəbəri Ermənistan Fövqəladə Hallar Nazirliyi yayıb.
İyunun 6-da gecə nazirliyin xilasetmə xidmətinə həmin şəxsin qoyunları otarmağa apardığı və geri qayıtmadığı barədə məlumat daxil olub.
Axtarış işləri səhər saat 04:24 radələrində başlayıb.
Erməni çobanın Azərbaycan tərəfə keçdiyi haqda ehtimal hələlik irəli sürülmür.
Mənbə:> Oxu.Az