Azərbaycanlı məşhurun qohumu klinikada vəfat edib – FOTO
Vətəndaş Afaq Ələsgərova 1980-ci il təvəllüdlü Ramin Ələsgərovun həkimlər tərəfindən öldürüldüyünü iddia edib.
Oxu.Az xəbər verir ki, qadın bu barədə ölkə.az-ın redaksiyasına məlumat verib.
A.Ələsgərova müraciətində deyir ki, qardaşı iyunun 24-də öz ayağı ilə “Grand Hospital”a gedib:
“İyunun 24-də öz ayağı ilə İnqilab küçəsində yerləşən “Grand Hospital”a qaraciyər xəstəlikləri şöbəsinin müdiri, hepatoloq Gülnarə Ağayevanın yanına müayinəyə apardıq. Sadəcə, acqarına deyildi deyə evə qayıtdı ki, növbəti gün acqarına analiz versin. Həmin gün nə etdilərsə, qardaşım komaya düşdü və həyatını itirdi.
Gülnarə Ağayeva xəstəni qəbul edib, özü üçgünlük istirahətə yollandı. Qardaşımı isə Zaur adlı dırnağarası həkimə tapşırdı. Qardaşımı öldürdülər. Yalvarıram, kömək edin, bu hadisəni Azərbaycanda hər kəs bilsin. Biz yandıq, qoy heç kim o vicdansız qatillərin ucbatından yanmasın. “Grand Hospital” ölüm məkanıdır”.
Xatırladaq ki, mərhum Ramin Ələsgərov müğənni Əbdül Xalidin xalası oğludur.
Mənbə:> Oxu.Az