2016 FORMULA 1 GRAND PRIX OF EUROPE təşkilatçısı ilə bir neçə mehmanxana arasında memorandum imzalandı » AzNews.info -Xəbər portalı

2016 FORMULA 1 GRAND PRIX OF EUROPE təşkilatçısı ilə bir neçə mehmanxana arasında memorandum imzalandı – FOTO

2016 FORMULA 1 GRAND PRIX OF EUROPE təşkilatçısı ilə bir neçə mehmanxana arasında memorandum imzalandı


Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) martın 2-də Gilan Mehmanxanalar Qrupu, Bakı Bulvar və Şah Palas otelləri ilə qarşılıqlı əməkdaşlıq imkanlarının inkişafına dair memorandum imzaladı.

AzNews.info xəbər verir ki, Şah Palas otelində keçirilən mərasimdə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim, Gilan Mehmanxanalar Qrupunun direktoru Elgün Məmmədov, Bakı Bulvar otelinin baş meneceri Valentin Osolos və Şah Palas otelinin baş meneceri Davut Furkan Emen iştirak etdi.

İmzalanma mərasimində tərəflər bu il Bakıda ilk dəfə keçiriləcək Formula 1 Avropa Qran Prisi çərçivəsində qarşılıqlı əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyət göstərmək haqqında razılıqlarını ifadə etdilər.

Görüşdə çıxış edən Bülənt Özərdim ölkədə yarış ərəfəsində mehmanxana fəaliyyətinin daha səmərəli şəkildə təşkil olunmasının zəruriliyindən danışdı: “Azərbaycan bu il möhtəşəm yarışa ev sahibliyi edir və dünyanın müxtəlif ölkələrindən minlərlə Formula 1 azarkeşi yarışı tribunalarda canlı izləmək üçün Bakıya gələcək. Biz belə mötəbər yarışların keçirilməsinin Azərbaycanın turizm sektoruna, xüsusilə otel biznesinə, nəzərə çarpacaq ölçüdə sərmayə qazandıracağına, qısa və uzunmüddətli perspektivdə gəlirlər gətirəcəyinə inanırıq.»

Qeyd edək ki, memorandumun şərtlərinə əsasən, tərəflər FİA Formula 1 Dünya Çempionatı üzrə Bakıda keçiriləcək Avropa Qran Pri yarışı ilə əlaqədar həm Azərbaycanda, həm də ölkədən kənarda birgə təbliğat-təşviqat kampaniyaları həyata keçirəcəklər. Bununla yanaşı tərəflər arasında yarışdan əvvəl və yarış həftəsonu ərzində Avropa Qran Prisi çərçivəsində keçiriləcək tədbirlərlə bağlı mütəmadi olaraq fikir və məlumat mübadiləsi aparılacaq.

2016 FORMULA 1 GRAND PRIX OF EUROPE təşkilatçısı ilə bir neçə mehmanxana arasında memorandum imzalandı
2016 FORMULA 1 GRAND PRIX OF EUROPE təşkilatçısı ilə bir neçə mehmanxana arasında memorandum imzalandı
2016 FORMULA 1 GRAND PRIX OF EUROPE təşkilatçısı ilə bir neçə mehmanxana arasında memorandum imzalandı
2016 FORMULA 1 GRAND PRIX OF EUROPE təşkilatçısı ilə bir neçə mehmanxana arasında memorandum imzalandı

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 9 mart 2019 23:43
  • Yazan: Sevgi
Elə bu falçılardı ailə dağıdan ev yıxan . Falçılar tonqalı yandırıb adamı tonqala atır deyir sən şeytansan şeytan ölsün sən də ölkə.Falçılar demək olar Dəlidir.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *