Azərbaycanda evlənmək istəyənlər azalıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycanda evlənmək istəyənlər azalıb

Azərbaycanda evlənmək istəyənlər azalıb

Azərbaycanda nikaha daxil olanların sayı azalıb.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, ötən il Azərbaycanda 68773 nikah qeydə alınıb.

Bu, son 6 il ərzində nikaha daxil olanların sayında qeydə alınan ən aşağı göstəricidir.

Belə ki, 2010-cu ildə Azərbaycanda 79172, 2011-ci ildə 88145, 2012-ci ildə 79065, 2013-cü ildə 86852, 2014-cü ildə 84912, 2015-ci ildə isə 68773 nikah qeydə alınıb.

Ötən il Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı da son 6 ilin ən aşağı göstəricisi olub.

2010-cu ildə Azərbaycanda əhalinin hər 1000 nəfərinə 8,9 nikah düşdüyü halda, 2015-ci ildə bu rəqəm 7,2 olub.

Azərbaycandakı boşanmaların sayında isə nisbətən artım baş verib. 2010-cu ildə Azərbaycanda 9061, 2011-ci ildə 10747, 2012-ci ildə 11087, 2013-cü ildə 11730, 2014-cü ildə 12088, 2015-ci ildə 12764 boşanma olub. Boşanmaların sayında artımın baş verməsinə baxmayaraq, əhalinin hər 1000 nəfərinə düşən nikahların sayına görə olan göstərici əvvəlki illərdə olduğu kimi, yəni 1,3 qalıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *