Azərbaycanda psixi xəstələrin sayı azalır
Azərbaycanda 2014-cü ildə ilk dəfə qoyulan diaqnozla qeydə alınan psixi xəstələrin sayı 4 276 nəfərdir.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin “Azərbaycanda səhiyyə, sosial təminat və mənzil şəraiti” adlı rəsmi statistik məcmuəsində məlumat verilib.
Statistik rəqəmlər ötən il Azərbaycanda psixi xəstələrin sayında azalma müşahidə olunduğunu göstərir.
Belə ki, ilk dəfə qoyulan diaqnozla qeydə alınan psixi xəstələrin sayı 2000-ci ildə 6 907 nəfər, 2005-ci ildə 5 621 nəfər, 2010-cu ildə 4 984 nəfər, 2012-ci ildə 4 948 nəfər, 2013-cü ildə isə 4 904 nəfər olub.
Statistik məcmuədə o da bildirilir ki, ötən il müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan psixi xəstələrin sayı 102 807 olub. 2013-cü ildə isə bu rəqəm 124 134 nəfər təşkil edib.
Mənbə:> Oxu.Az