Ermənilər Azərbaycanın təbii sərvətlərini talan edirlər
Ermənilər işğal olunan Azərbaycan torpaqlarındakı təbii sərvətləri talan etməkdə davam edirlər.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Ağdamın işğal altında olan Şahbulaq yüksəkliyində daş karxanalarının sayı gündən-günə artır.
Həmin karxanalarda doğranan mişar daşları Ermənistana aparılır.
Ərazidə aparılan işləri təmas xəttinə yaxın yaşayış məntəqələrindən də açıq-aydın müşahidə etmək mümkündür. Təmas xəttinə yaxın kəndlərdə yaşayan sakinlər bildiriblər ki, son bir ildə Şahbulaq dağ massivində qurulan daş karxanalarının sayı xeyli artıb:
“Böyük ehtimalla bizim hərbçilərin görməməsi üçün karxanaya yolu arxa tərəfdən çəkiblər”.
Mənbə:> Oxu.Az