Ermənilər Şahbulaq dağı istiqamətində otlaq və əkin sahələrinə od vurublar
Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan erməni silahlı birləşmələri nəzarət etdikləri ərazilərdə yanğınlar törədiblər. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, yanğınlar əsasən qoşunların təmas xəttinə yaxın ərazilərdə törədilib. Ermənilər Ağdamın işğal altında olan Şahbulaq dağı istiqamətində yüksəkliklərdə yerləşən otlaq və əkin sahələrinə od vurublar. Yanğının yaxınlıqdakı meşəlik ərazilərə də yayıldığı müşahidə olunur. Yanğın hektarlarla sahəni əhatə edir.
Mənbə:> APA