Bakıda tanınmış ekstrasensin meyiti tapıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Bakıda tanınmış ekstrasensin meyiti tapıldı

Bakıda tanınmış ekstrasensin meyiti tapıldı

Bakıda tanınmış ekstrasensin meyiti tapılıb.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Yeni Günəşli qəsəbəsində baş verib.

Bir sıra televiziya proqramlarında iştirak edən və tanınan ekstrasens Nəsirov Timur Ələkbər oğlunun meyitini dostu aşkarlayıb.

İlkin araşdırmadan sonra məlum olub ki, 1987-ci il təvəllüdlü Timur Nəsirov mədə xəstəliyi nəticəsində vəfat edib.

Bildirilir ki, ekstrasens xeyli vaxt idi, mədəsindən şikayətlənirmiş.

Qeyd edək ki, bir müddət əvvəl T.Nəsirovun qətlə yetirilməsi ilə bağlı məlumat yayılmışdı. Bildirilirdi ki, o, bir nəfər tərəfindən Dağıstan Respublikasına dəvət olunub. Amma onun evə gətirilməyi ailədə narazılığa səbəb olub.

Daha doğrusu, ailə üzvləri cadugərin evə gətirilməyinə kəskin şəkildə etirazlarını bildiriblər və dava düşüb. Münaqişə zəminində Nəsirov qətlə yetirilib. Lakin sonradan bu məlumat təsdiqini tapmamışdı.

Qeyd edək ki, üç dəfə ailəli olmuş T.Nəsirov ANS-də yayımlanan “Adam içində” verilişinin daimi ekspertlərindən idi.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *