İrəvanda tanınmış ekstrasensi qətlə yetirdilər
Ermənistanın tanınmış ekstrasensi, “Altıncı hiss” verilişinin iştirakçılarından biri olan Ani Macnunyan çərşənbə axşamı İrəvanda qətlə yetirilib.
Oxu.Az “Novosti-Armeniya”ya istinadla xəbər verir ki, bu məlumatı polis təsdiq edib.
53 yaşlı qadının meyiti mənzilində aşkar olunub. Digər təfərrüatlar barədə məlumat verilmir.
Qeyd olunur ki, Macnunyan hiromantiya və qeyri-ənənəvi tibblə məşğul olub. Mənbənin məlumatına görə, onun çoxlu müştəriləri olub. Verilişin efirə çıxmasından sonra onun müştərilərinin sayı artıb.
Mənbə:> Oxu.Az