Bakıda AzTV əməkdaşının meyiti tapıldı
Dünən axşam saatlarında Bakının Suraxanı rayonunda mənzillərdən birindən meyit tapılıb.
Oxu.Az-ın Lent.az-a istinadən məlumatına görə, saat 18 radələrində Yeni Günəşli qəsəbəsi AB yaşayış massivi ev 60, mənzil 21 ünvanından 1965-ci il təvəllüdlü Bağırov Zahid Aydın oğlunun meyiti tapılıb.
Bildirilir ki, Z.Bağırovla əlaqə saxlaya bilməyən yaxınları ondan narahat olub və dünən bacısı onun yaşadığı mənzilə gəlib. Qadın evdə qardaşının meyitini aşkarlayıb və dərhal hüquq-mühafizə orqanlarına bu barədə məlumat verib.
İlkin araşdırma nəticəsində Z.Bağırovun qida borusunun yazvasınan əziyyət çəkdiyi və bu xəstəliyin təsiri ilə vəfat etdiyi müəyyən edilib.
Qeyd edək ki, Z.Bağırov Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) təcrübəli operatorlarından olub və uzun illər imiş ki, telekanalda işləyirmiş.
Mənbə:> Oxu.Az