Ədalət Şükürov maşınlarının nömrələrini sadaladı: “999, 002, 100... ” » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maqazin, Avto

Ədalət Şükürov maşınlarının nömrələrini sadaladı: “999, 002, 100... ”

Ədalət Şükürov maşınlarının nömrələrini sadaladı: “999, 002, 100... ”


Tanınmış müğənni Ədalət Şükürovun bir müddət öncə aldığı iddia edilən “Ferrari”ylə bağlı yeni məlumatlar yayılıb. Yayılan məlumatlara görə, tanınmış müğənnidən “Ferrari”yə nömrə almaq üçün 20 min AZN pul tələb edildiyi bildirilir.

Bununla bağlı Cebhe.info-ya danışan tanımış müğənni Ədalət Şükürov özünəməxsus xüsusi nömrələrin olduğunu bildirdi:

““Ferrari” məsələsinə ilk öncə aydınlıq gətirmək istəyirəm. Bu “Ferrari” mənim deyil. Mən səhifəmdə paylaşım etdim, yazdım ki, “Nəhayət gəldi çıxdı” o dəqiqə yazırlar ki, Ədalət Şükürov “Ferrari” aldı. 6-7 il bundan qabaq başqa ölkədə çəkdirdiyim şəkli paylaşıram mənim özümə zəng edib, soruşmadan götürüb yazırlar ki, Ədalət Şükükrov xaricdədir və s. O, mənim maşınım deyil, dostumun maşınıdır. Mən o paylaşımdan dərhal sonra yazdım ki, bu, mənim dostumun maşınıdır. O ki, qaldı mənim nömrə almağıma, o da tamamən yalnış məlumatdır. Mənim özümün aldığım nömrələrim var, hamısı da əladır, qəşəngdir. 999, 002, 100 mənim nömrələrimdir. Dövlət rüsumun da ödəyib almışam. Sabah da kimsə deyəcək ki, Ədalət 100 minə nömrə alıb, götürüb yazacaqlar ki, belə. Bunlar yalnış informasiyalardır. Belə bir şey yoxdur. Öz nömrələrim var, hamısı da əladır”.

Mənbə: Cebhe.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *