Polis qadının erotik rəqsi başına bəla oldu – VİDEO
Kristina Neqodina evində rəqs etdiyi zaman çəkdiyi video naməlum şəxs tərəfindən internetə yerləşdirilib. Sosial şəbəkələrdə yayılan videoya insanların münasibəti birmənalı olmayıb. Onlar Kristinanın bu hərəkətini vəzifəsinə yaraşmadığını yazıblar, onu məsuliyyətsizlikdə ittiham ediblər.
İş gənc qadının işlədiyi dövlət qurumuna qədər gedib çıxıb. Məsələ ilə bağlı araşdırma başlanılıb. Kristinanın işdən çıxarılacığı ilə bağlı iddialar səslənsə də, dövlət qurumu məlumatları təsdiqləməyib. Onlar Kristina ilə bağlı müzakirələr apardıqlarını bildiriblər.
Kristina isə açıqlamasında rəqsi çox sevdiyini və bunun işinə kölgə salmadığını bildirib:
"Həmin rəqsi vəzifə başında deyil, evdə etmişəm. İşdən sonra istədiyim kimi hərəkət etməkdə sərbəstəm. Rəqs etməyim işimə niyə əngəl olmalıdır ki? Mən rəqsi çox sevirəm, gələcəkdə peşəkar striptiz oynamağı öyrənmək fikrim var",- deyə o bildirib.
Mənbə:> Baku.ws