Ankarada silahlı hücum: Ölən var
Ankara Universitetinin Tibb fakültəsinin xəstəxanasında işləyənlər arasında baş verən mübahisə sonradan silahlı atışmaya çevrilib.
Oxu.Az bu barədə cumhuriyet.com.tr-ə istinadən xəbər verir.
Xəstəxana işçilərindən biri aralarında münaqişə olan qrupun üzvlərinə atəş açıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 1 nəfər isə yaralanıb.
Mənbə:> Oxu.Az