Bakıda mənzildən 25 min manatlıq qızıl apardılar
Bakıda qohumunun evindən oğurluq etməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.
Oxu.Az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, iyunun 18-də Bakı şəhər sakini Əli Məmmədovun evindən 25000 manat dəyərində qızıl əşyaları oğurlanıb.
Bununla bağlı Xətai rayon 34-cü Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər.
Nəticədə Bakı şəhər sakini Əli Məmmədovun evindən 25000 manat dəyərində qızıl əşyaları oğurlamaqda şübhəli bilinən 14 yaşlı qohumu tutulub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Oxu.Az